"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Türkiyə Super Kuboku finalının Azərbaycanda keçirilməsi ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis deyib:

"Türkiyə Super Kubokunun harada oynanılacağı bəlli deyil. Azərbaycan namizədlər arasındadırsa, sevə-sevə oynayarıq. Ötən mövsüm "Qarabağ" ilə yoldaşlıq oyunu keçirmişdik. Orda da çoxlu azarkeşlərimiz var. Azərbaycanda keçirilsə, orada azarkeşlərimizlə birgə Super Kubok sevinci yaşamaq istəyərik".

Qeyd edək ki, "Qalatasaray" və "Fənərbağça" arasında keçiriləcək final matçının 2024-cü ilin yanvarında Bakı Olimpiya stadionunda keçiriləcəyi bildirilir