Türkiyənin "Qalatasaray" klubu bir müddətdir danışıqlar apardığı Aleksis Sançeslə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, "Marsel"lə müqaviləsi başa çatan ulduz futbolçu ilə görüşən İstanbul təmsilçisi prinsipial razılıq əldə edib.

Aleksis "Qalatasaray"ın təklifini qəbul etdiyini bildirib. "Cim-bom" yekun qərarını verəndən sonra Aleksis Sançes trasferini açıqlayacaq.