Türkiyənin "Qalatasaray" klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi, "Mançester Yunayted"in mərkəz yarımmüdafiəçisi Fred üçün hərəkətə keçib.

Məlumata görə, "sarı-qırmızılılar" 30 yaşlı braziliyalı futbolçu üçün qarşı tərəflə danışıqlara başlayıb. 

"Cim-bom" "sambaçı"nın keçidini bu yay həll etmək istəyir.

Bildirək ki, Fredin MY ilə 2024-cü ilədək müqaviləsi var.