Səudiyyə Ərəbistanı klubları "Qalatasaray"ın iki oyunçusu üçün 50 milyon avro təklif ediblər.

Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, bu futbolçulardan biri Nikolo Zaniolodur. Ərəb liqasının 4 komandası onun keçidi üçün 35 milyon avrodan keçməyə hazırdır. Lakin italyan oyunçu komandadan ayrılmaq istəmir.

Ərəblərin maraqlandığı digər futbolçu isə Olimpiu Morutandır. Morutan üçün 15 milyon avroluq təklif verilib. Transferin reallaşma ehtimalının yüksək olduğu bildirilir.