Son olaraq Fransa "Marsel"ində çıxış edən Aleksis Sançes karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, hazırda klubsuz olan çilili mərkəz hücumçusu "Qalatasaray"la danışıqlar masasına əyləşəcək.

34 yaşlı forvard "Cim-bom"un şərtlərini qəbul etməyə hazırdır. 

Qeyd edək ki, Sençes karyerası ərzində "Barselona", "Mançester Yunayted" və "İnter" kimi klublarda çıxış edib.