Bu gün "19.07. Dünya "Fənərbağça"lılar Günü"dür.
Offsideplus.az xəbər verir ki, klub bu gün münasibətilə "Udinese"dən Rodriqo Bekaonun transferini rəsmən açıqlayıb. Braziliyalı müdafiəçi tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün bu gecə İstanbula gələcək.
"Fənərbağça"nın bu gün Xorvatiya millisi və "Dinamo"nun (Zaqreb) qapıçısı Dominik Livakoviçin keçidini də açıqlaması gözlənilir. Tərəflər arasında bir müddətdir ki, razılıq əldə olunub.
Bundan əlavə, "sarı-lacivərtlər" daha bir transferi bitirmək üzrədir. Klub Vilfred Zahanın keçidini də bu gün açıqlayaraq, azarkeşlərinə hədiyyə etmək istəyir. 30 yaşlı forvardın "Kristal Pelas"ın yeni müqavilə təklifini qəbul etməsi gözlənilsə də, oyunçu və "Fənərbağça" klubu arasında razılığın əldə olunduğu bildirilir. Futbolçu hazırda azad agentdir.
Qeyd edək ki, "Fənərbağça" daha öncə Rayan Kent, Edin Ceko, Aleksander Ciku, Umut Nayir, Sebastian Şimanski, Duşan Tadiç kimi ulduzları transfer edib.