"Kristal Palas"dan ayrılan hücumçu Vilfrid Zaha karyerasını "Fənərbağça"da davam etdirə bilər.
Offsideplus.az "Football Daily"ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Ettifaq" klubu 30 yaşlı forvardı transfer etməkdən imtina edib.
Məlumata görə, bu təqdirdə Zahanın Türkiyə təmsilçisinə keçidi mövzusu yenidən aktuallaşıb.
"Sarı-lacivərtlilər" təcrübəli futbolçunun xidmətində maraqlıdır.