"Fənərbağça" klubu ardıcıl transferlərdən sonra daha 3 futbolçu ilə anlaşma mərhələsindədir.

Offsideplus.az "NTV Spor"a istinadla xəbər verir ki, qapıçı Dominik Livakovic transferində "Dinamo Zaqreb" ilə aparılan danışıqlar müsbət yekunlaşıb. Xorvatiya təmsilçisi bu transfer üçün 10 milyon avro istəsə də, sonda 8 milyon avroluq müqavilə razılaşdırılıb. 

İtaliyanın "Udineze" klubundan Becao transferi də 9 milyon avroya yekunlaşmaq üzrədir.

Mərt Müldürün təmsilçisi Maks Haqmayr bir neçə gündür "Fənərbağça" ilə danışıqlar aparır. Böyük ölçüdə razılıq əldə olunub.