"Fənərbağça" klubu 3 ulduz futbolçu ilə anlaşıb.
Offsideplus.az xəbər verir ki, Duşan Tadiç karyerasını "Fənərbağça"da davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti 2025-ci ilədək nəzərdə tutulub. Tadiç azad agent kimi "sarı-lacivərtlər"ə transfer olunacaq.
"Fənərbağça" Dominik Livakovoçi də "Dinamo Zaqreb"dən heyətinə qatacaq. DÇ-2022-də seyvləri ilə diqqətləri üzərinə çəkən xorvat qapıçı üçün 9 milyon avro ödəniləcək.
Duşan Tadiç müqavilə üçün İstanbuldadır, müdafiəçi Rodriqo Bekao da yaxın zamanlarda Türkiyəyə yollanacaq.