Mauro İkardi "Qalatasaray"a transferi üçün böyük məbləğdən imtina edib. 

Offsideplus.az xəbər verir ki, "Əl Hilal" və "Əl Şabab" klubları argentinalı ulduza illik 20 milyon avro maaş  daxil olmaqla 3 illik müqavilə təklif edib. İkardi bu təklifləri geri çevirərək, yarı qiymətə "Qalatasaray"la anlaşıb. 

Bu barədə "Sabah" nəşri məlumat yayıb. 

İkardi "sarı-qırmızılar"la illik məvacibi 10 milyon avroya razılıq əldə edib.