Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Qalatasaray" klubunun sponsoru olub.

Offsideplus.az xəbər verir ki, Sponsorluq Reklamı və Tanıtım Hüquqları müqaviləsi 3 ili əhatə edəcək. Əməkdaşlığın 2023/2024 mövsümündən etibarən başlayacağı bildirilib.

Müqaviləyə əsasən, "Qalatasaray"ın bütün avrokubok oyunlarında formalarının sinəsində SOCAR adı yer alacaq.