“Hatayspor” klubu heyətini yeni futbolçularla gücləndirib.
Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisi gürcü yarımmüdafiəçi Georgi Aburcaniya və serb müdafiəçi Nikola Maksimoviçlə güclənib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçu ilə 2 illik sözləşmə imzalanıb.
Aburcaniya Portuqaliyanın “Jil Visente” klubundan azad agent kimi ayrılaraq Hatay təmsilçisinə keçib. O, Gürcüstan millisində 38 matça çıxıb, 1 qol vurub.