"Qalatasaray" klubu İspaniyadan olan futbolçusu Xuan Mata ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.
Mata ötən mövsüm İstanbul təmsilçisinin heyətində Super Liqanın qalibi olub.
Xatırladaq ki, Xuan Mata "Qalatasaray"a ötən ilin sentyabrında İngiltərənin "Mançester Yunayted" klubundan keçmişdi.