Xorvatiya millisi və "Dinamo" klubunun üzvü Dominik Livakoviç bir çox Avropa klublarının transfer siyahısındadır. 

Offsideplus.az xəbər verir ki, DÇ-2022-nin bürünc medal mükafatçısı ilə Türkiyənin "Fənərbağça" klubu yaxından maraqlanır. "Fiorentina" 28 yaşlı qolkiper üçün 6 milyon avro təklif etsə də, Zaqreb təmsilçisi futbolçunu satmağa razı olmayıb. Bu barədə italiyalı insayder Fabritsio Romano məlumat yayıb. 

Hazırda İspaniyanın "Vilyarreal" və Türkiyənin "Fənərbağça" klubları Livakoviçin transferi uğrunda mübarizə aparır. Hər iki klub "Dinamo"ya rəsmi təklif göndərib.  

Dominikin Xorvatiya klubu ilə müqaviləsinin müddəti 2024-cü ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, Livakoviç Azərbaycan millisinin üzvü Mahir Emreli ilə komanda yoldaşıdır. 

Fz8sxlgXoAIL4XA