"Fənərbağça" klubunun gənc istedadı Arda Gülərin yeni iş yerinin "Sevilya" olacağı iddia edilib.

Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, 18 yaşlı Əndəlüs təmsilçisini seçib.

Qəzet yazır ki, “Bavariya”, “Real Madrid”,"Barselona”, “Ayaks” və digər klublar transfer etmək istəsə də, Arda əsas heyətə düşə biləcək kluba keçməyə üstünlük verib. 

“Sevilya” Arda Gülərin 17,5 milyon avroluq sərbəstqalma məbləğini ödəməklə yanaşı futbolçuya ödəniləcək qonorarla bağlı maliyyə çətinliyi yaşaya bilər.