Fabrinin "Fulhem"ə transfer olmasından sonra "Beşiktaş" qapıçı axtarışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "Liverpul"un qapıçısı Simon Minyoledən müsbət cavab almayan "Beşiktaş" tərəfi "qırmızılar"ın digər əlcək sahibi Loris Kariusa göz dikib. İstanbul təmsilçisi almaniyalı qolkiperi icarəyə götürmək üçün danışıqlar aparıb. Mersisaydlıların baş məşqçisi Yurgen Klopp 25 yaşlı qolkiperin icarəyə göndərilməsinə müsbət yanaşıb. Keçidin tezliklə yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, Karius 2016-cı ildə "Maynts"dan "Liverpul"a keçib.