“Samsunspor” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Offsideplus.az xəbər verir ki, Super Liqanın yeni iştirakçısı Slovakiya yığmasının mərkəz müdafiəçisi Lübomir Şatkanı transfer edib.
Polşanın “Lex” (Poznan) klubundan transfer edilmiş 27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Şatka 2019-cu ildən formasını geyindiyi “Lex”də 113 oyuna 5 qol vurub. Müdafiəçi Slovakiya yığmasında da 32 oyun keçirib.