Türkiyənin "Fənərbağça" klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə yaxındır.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi son mövsümü "Nottingem Forest"də keçirən Cesse Linqardla razılığa gəlib.
Hazırda azad agent olan 30 yaşlı hücumameyilli yarımmüdafiəçi "sarı-lacivərtlilər"də çıxış etməyə razı düşüb.
Onun tezliklə İstanbula gələcəyi gözlənilir.
Linqardın keçidi azad agent olduğuna görə, Super Liqa klubuna pulsuz başa gələcək.