"Trabzonspor" klubu ötən mövsüm icarə əsasında "Sabah"da çıxış edən Aleksey Kaşuku heyətində görmək istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Fotospor" məlumat yayıb. Trabzon təmsilçisi 23 yaşlı yarımmüdafiəçi üçün hərəkətə keçib.
Ukraynalı futbolçunun transferini "Trabzonspor"un baş məşqçisi Nenad Belitsa şəxsən rəhbərlikdən istəyib. 21 yaşadək oyunçular arasında Avropa çempionatında Ukrayna – Xorvatiya matçını tribunadan izləyən mütəxəssis 1 qolla fərqlənən Kaşukun performansını bəyənib.
Türkiyə klubunun Kaşuk üçün rəsmi təklif göndərib-göndərməyəcəyi qarşıdakı günlərdə dəqiqləşəcək.