İtaliyanın "Fiorentina" klubu "Qalatasaray"ın hücumameyilli yarımmüdafiəçisi Nikolo Zaniolonu heyətinə qatmaq üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, adı "Yuventus" və "Milan"la hallanan futbolçu üçün “Fiorentina”nın danışıqlara başladığı iddia edilir.  “Fiorentina” Zaniolonun transfer etmək üçün futbolçuya təklif irəli sürüb. İtaliya klubunun nümayəndələri Nikolo Zaniolonun yaxın ətrafı ilə görüşərək, detalları öyrənib.

“Fiorentina” klubuna "Qalatasaray"la da əlaqə saxlamalı olduğu bildirilib və futbolçunun müqaviləsindəki 35 milyon avroluq sərbəst qalma məbləği xatırladılıb.