"Fənərbağça" və PSJ klubları arasında transfer mübadiləsi baş verə bilər. 

Offsideplus.az xəbər verir ki, PSJ "sarı-lacivərtlər"in gənc "10 nömrə"si Arda Güləri heyətinə cəlb etmək istəyir. İstanbulda Ali Koç və Naser Əl-Xelafi arasında baş tutan görüşdə gənc oyunçunun mümkün keçidi müzakirə olunub. 

Paris təmsilçisi Avropa nəhənglərinin hədəfində olan 18 yaşlı yarımmüdafiəçinin transferi üçün "Fənərbağça"nın şərtlərini soruşub. Ali Koç isə qarşılığında Mauro İkardini istəyib.

PSJ prezidenti argentinalı hücumçunun satış qiymətinini 14-15 milyon avro olduğunu açıqlayıb. Ali Koçun Arda üçün əlavə məbləğ də tələb etdiyi bildirilir.