Baş məşqçi axtarışında olan "Fənərbağça" bu yay iki keçidi reallaşdıracaq. 

Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər"in adı son dönəmlərdə Vinçenso Montella ilə hallansa da, klubun başqası ilə anlaşdığı bildirilir. "Hürriyet"in xəbərinə görə, "Fənərbağça" adı sirr olaraq saxlanılan məşhur bir əcnəbi baş məşqçi ilə razılıq əldə edib. Klub şənbə günü yeni çalışdırıcının adını açıqlaya bilər.

Bundan əlavə, İstanbul təmsilçisinin 37 yaşlı Edin Ceko ilə 2 illik müqavilə bağlayacağı və illik 5 milyon avro maaş verəcəyi bildirilir.

 

Günay Xəlil