Türkiyənin “Qalatasaray” klubu yeni hücumçu transfer etməyi planlaşdırır.

Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki,  İstanbul təmsilçisinin hədəfində Madrid "Atletiko"sunun hücumçusu Morata var. Məlumata görə, “Qalatasaray” nümayəndələri Madrid klubunun icazəsi ilə Moratanın meneceri ilə bir araya gəlib.

Müzakirələrin detalları açıqlanmır. Şərtlər uyğun olarsa Moratanın transferə razılıq verəcəyi iddia edilir.