Türkiyənin "Qalatasaray" klubu növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.
Offsideplus.az "Sabah"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi sabiq futbolçusunu yenidən rənglərinə bağlamaq niyyətindədir.
Söhbət mərkəz müdafiəçisi Markaodan gedir. Belə ki, "Cim-bom" rəhbərliyi hazırda İspaniya "Sevilya"sında çıxış edən braziliyalı futbolçunu yayda yenidən transfer etməyə çalışacaq. Artıq qarşı tərəflə danışıqlar prosesinə start verilib.
Bildirək ki, Markao 2022-ci ildə "Qalatasaray"dan "Sevilya"ya keçib. Onun Əndəlüs təmsilçisi ilə 2027-ci ilədək müqaviləsi var.