"Qalatasaray" Anderson Taliskanı heyətinə cəlb etmək istəyir. 

Offsideplus.az xəbər verir ki, "Cim-Bom" 29 yaşlı forvardı icarəyə götürmək üçün "Əl-Nəsr"ə təklif göndərib. Bu barədə "A Spor" məlumat yayıb. 

Qeyd edək ki, Taliska 2016-2018-ci illərdə "Beşiktaş"da çıxış edib.

 

Günay Xəlil