37 yaşlı Bafetimbi Qomislə vidalaşan "Qalatasaray"ın daha 6 futbolçusu ilə yollarını ayırması gözlənilir. 

Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, "Cim-Bom"da Juan Mata, Okan Kocuk, Emre Taşdemir, Sam Adekuqbe, Yusuf Demir və Matias Ross komandanı tərk edəcək. 

 Yusuf Demir və Matias Rossun icarəyə göndərilməsi planlaşdırılır. Juan Mata, Okan Kocuk, Emre Taşdemirin iyun ayında başa çatacaq müqaviləsi yenilənməyəcək. "Qalatasaray" "Hatayspor"da icarəyə götürülən Sam Adekuqbeni birbaşa transfer etmək istəmir. Bu futbolçu da komandasına dönəcək.

 

Günay Xəlil