Cari mövsüm Super Liqada çempion olan "Qalatasaray" yeni sezon hazırlıqlarına indidən başlayıb.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi heyətini "Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq ilə gücləndirmək fikrindədir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, "sarı-qırmızılar" qabonlu ulduz hücumçunun transfer şərtlərini öyrənmək üçün qarşı tərəflə danışıqlara başlayıb. 

Cari mövsüm "Çelsi"də icarə əsasında çıxış edən forvardın öncəliyinin müqavilə məxsus olduğu "Barsa" olduğu iddia edilir. 

Kataloniya təmsilçisinin son qərarından sonra 33 yaşlı futbolçunun gələcək taleyi məlum olacaq.

Fəqan İbrahimli