"Fənərbağça" Jorje Jesusla müqaviləni uzatmayacaq. 

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisində baş məşqçi vəzifəsinə ən böyük namizədlərdən biri Mirça Luçeskudur. Bu barədə "Ajansspor" məlumat yayıb. Hazırda "Dinamo"nun (Kiyev) sükanı arxasında olan mütəxəssisin klubla sözləşməsi 2024-cü ilin yayında başa çatacaq.

"Sarı-lacivətlər" Luçeskunun məşqçi heyətində yer alması üçün Volkan Demirelə də təklif göndərəcək. 

Qeyd edək ki, rumıniyalı mütəxəssis karyerası ərzində "İnter" (1998-1999), "Qalatasaray" (2000-2002), "Beşiktaş" (2002-2004),  Türkiyə milli komandasını (2017-2019) çalışdırıb. Luçesku "Qalatasaray"la Türkiyə çempionu olub, UEFA Super Kubokunu qazanıb.

 

Günay Xəlil