"Adana Dəmirspor" klubu ilə yollarını ayırmaq üzrə olan təcrübəli çalışdırıcı Vinçenzo Montella “Fənərbağça”nın baş məçqisi ola bilər.
Offsideplus.az “Sportitalia”ya istinadla xəbər verir ki, "sarı-lacivərtlər" Montellaya təklif göpndərib. Tərəflərin tezliklə görüşəcəyi gözlənilir.
Qeyd edək ki, Montella "Adana Dəmirspor"a oynatdığı baxımlı oyunla diqqət çəkib. O, indiyə qədər “Fiorentina”, “Milan,” “Sevilla” və “Roma” kimi klubları çalışdırıb.