"Fənərbağça" klubunun Azərbaycanda yoldaşlıq oyunu keçirməsi gözlənilir.

Offsideplus.az xəbər verir ki, “Zirə” klubunun prezidenti Taleh Nəsibov İstanbulda “Fənərbağça” klubunun baş katibi Burak Kızılhanla görüşüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı yaxın gələcəkdə “Zirə” və “Fənərbağça”nın iştirakı ilə Bakıda yoxlama oyununun keçirilməsi ilə bağlı danışıqlar aparılıb.

Qeyd edək ki, daha öncə "Qalatasaray" və "Beşiktaş" Bakıda müvafiq olaraq, "Qarabağ" və "Sabah" komandaları ilə xeyriyyə matçı keçirmişdi.