Futbolçu karyerasını bitirəndən sonra baş məşqçi olmağı düşünmədiyini bildirən Mesut Özilin yeni peşəsi açıqlanıb.
Offsideplus.az xəbər verir ki, Almaniyanın BILD nəşri Özilin Türkiyənin idman naziri ola biləcəyini açıqlayıb. İrəli sürülən bu iddia sabiq futbolçu və nümayəndələri tərəfindən hələ ki, yalanlanmayıb.
Qeyd edək ki, alman vətəndaşı olduğu üçün səsvermədə iştirak edə bilməyən Mesut Özil Türkiyə vətəndaşlarını səsverməyə çağırmışdı.
Günay Xəlil