İngiltərənin iki klubu "Qalatasaray"ın futbolçusu Saşa Boeyi heyətinə cəlb etmək istəyir. 

 Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Arsenal" müdafiəçi ilə maraqlanan klublardan biridir. 

"Qalatasaray" rəhbərliyi 22 yaşlı futbolçunun keçidi üçün qarşı tərəfdən ən azı 25 milyon avro tələb edib.