Gələn mövsümə yeni qapıçı ilə başlamaq istəyən "Fənərbağça" "Real Madrid"in də maraqlandığı Dominik Livakoviçi heyətinə cəlb etməyi planlaşdırır.
Offsideplus.az "Sabah" nəşrinə xəbər verir ki, "Kral klubu" bəzi Avropa klublarının maraq dairəsində olan "Dinamo"nun (Zaqreb) oyunçusunu Tibo Kurtuanın əvəzedicisi kimi görür. Livakoçiv isə karyerasını ehtiyat heyətdə davam etdirmək istəmir, "Fənərbağça"ya keçməyə müsbət yanaşır.
"Sarı-lacivərtlər" 28 yaşlı qolkiper ilə şərti razılıq əldə edib. "Fənərbağça" xorvatiyalı qapıçı ilə 3 illik müqavilə imzalayacaq, "Dinamo" klubu da futbolçunu satmağı düşünür.