"Fənərbağça"nın "Braqa"da icarə əsasında çıxış edən futbolçusu Bruma Portuqaliya klubunda göstərdiyi performans ilə diqqətləri öz üzərinə çəkməyə davam edir.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, cinah vingeri "Porto"nun transfer hədəfindədir. Xəbərə görə, klub müqavilə ilə İstanbul təmsilçisinə məxsus olan futbolçuya görə 7.5 milyon avro təklif edib.
Xatırladaq ki, "Fənərbağça" 28 yaşlı futbolçunu cari mövsümün əvvəlində PSV-dən icarə əsasında heyətinə qatmış, qışda isə 4.2 milyon avro qarşılığında birdəfəlik keçidini həll etmişdi.
Qeyd edək ki, qış transfer pəncərəsində "Braqa"ya icarəyə verilən Bruma sözügedən kollektivdə 16 oyuna çıxıb, 4 qol və 5 assist edib.
Fəqan İbrahimli