Cenk Tosun daha 3 il "Beşiktaş"da çıxış edəcək. 

Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, tərəflər 2+1 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, 31 yaşlı forvard 2022-ci ildən "qartallar"ın formasını geyinir. Cenk cari mövsüm 31 maçta çıxıb, 16 qol, 4 assistə imza atıb.