Nikolo Zaniolonu satmağı planlaşdıran "Qalatasaray" italiyalı futbolçunu "Napoli"nin ulduzu ilə əvəzləməyi düşünür. 

Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, "Cim-Bom" İrvinq Losanonun transferi üçün İtaliya nəhəngi ilə danışıqlara başlayacaq. Meksikalı futbolçu mövsümə yaxşı başlasa da, zədə səbəbindən əsas heyətdəki yerini itirmişdi. "Napoli" yayda Losano ilə yollarını ayırmağı planlaşdırır. 

"Qalatasaray" 2024-cü ildə müqaviləsinin müddəti başa çatacaq futbolçunu 4-5 milyon avroya birbaşa transfer etmək istəyir. 

Qeyd edək ki, 27 yaşlı vinger cari mövsüm "Napoli" ilə 41 oyuna çıxıb, 4 qol və 4 assistə imza atıb.

 

Günay Xəlil