Münhen "Bavariya"sının mövsümün sonunda yollarını ayırmağa qərar verdiyi Sadio Mane üçün Türkiyənin "Fənərbağça" klubu hərəkətə keçib.
Offsideplus.az "SporX"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi həm klubla, həm də 31 yaşlı seneqallı futbolçunun meneceri ilə əlaqə saxlayıb. Bir müddət heyətdən kənar qaldıqdan sonra heyətə qayıdan ulduz futbolçunun mövsüm sonunda komandadan ayrılmağı planlaşdırdığı bildilir.
Sadio Mane üçün "Liverpul"a 32 milyon avro ödəyən "Bavariya"nın futbolçunu 20 milyon avroya sata biləcəyi iddia edilir.
Qeyd edək ki, Manenin "Çelsi"yə keçidi də gündəmdədir.