Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Takvim"ə istinadla xəbər verir ki, İstanbul təmsilçisi komandadan ayrılacağı gözlənilən 23 yaşlı yarımmüdafiəçi Nikolo Zanioloya əvəzləyici tapıb.
Belə ki, "Cim-bom" italiyalı futbolçunu "Milan"da forma geyinən Çarls de Ketlerlə əvəzləyəcək.
Artıq 22 yaşlı belçikalı oyunçu üçün qarşı tərəflə danışıqlar aparılır.
Qeyd edək ki, Çarls de Ketlerin "Milan"la 2027-ci ilədək müqaviləsi var.