Türkiyə Super Liqasının XXXIII turunda "Konyaspor" doğma meydanda "Kayserispor"u qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, oyundan öncə 5 futbolçu sarı vərəqə limitindədir. Qapıçı İbrahim Şehiç, Gilyerme Sitya, Ahmet Oğuz, Soner Dikmen və Mahir Emreli sarı vərəqə alacağı təqdirdə növbəti turda "Alanyaspor"la matçı buraxacaqlar.
Məşqçi heyəti adıçəkilən futbolçuları diqqətli olub, cərimələnməmələri barəsində xəbərdarlıq edib.
Qeyd edək ki, "Konyaspor" - "Kayserispor" matçı mayın 7-si Bakı vaxtı ilə saat 17:00-da baş tutacaq.