"Trabzonspor"un "Kasımpaşa"dan heyətinə cəlb etdiyi Fode Koyta ilə "Qarabağ" klubu maraqlanır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qvineyalı hücumçu bəyənilmədiyi üçün "Kasımpaşa"ya icarəyə göndərilmişdi. 2023-cü ilin ilk aylarından adı "Qarabağ"la hallanan 32 yaşlı hücumçu komandasını dəyişmək istəyir.
Koytanın transferi ilə bağlı “bordo-mavililər” və Ağdam klubu arasında danışıqlar aparılır.
Qeyd edək ki, futbolçunun Trabzon təmsilçisi ilə müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.