Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" Türkiyə Super Liqasında 32-ci tur oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, komanda "Trabzonspor"u qəbul edib. Matçın "Konyaspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli də bu oyunda iştirak edib. O, 46-cı dəqiqədə Konrad Miçalakın əvəzinə meydana çıxıb və sonadək oynayıb. Hücumçu 71-ci dəqiqədə sarı vərəqə alıb.