Azərbaycanın ən böyük şirkətlərindən biri Türkiyənin "Qalatrasaray" klubunun sponsoru olacaq.
Offsideplus.az "Sözcü" nəşrinə istinadla xəbər verir ki, söhbət Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (SOCAR) gedir.
Mənbənin iddiasına görə, İstanbul təmsilçisinin ev oyunlarını keçirdiyi "Türk Telekom Arena" SOCAR-ın adını daşıyacaq. Bundan əlavə, "Cim-bom"un formasının ön hissəsində şirkətin da adı yazılacaq.
Tərəflər arasında 4 illik müqavilənin imzalanacağı gözlənilir. Razılaşma baş tutsa, "Qalatasaray" illik 20-25 milyon avro gəlir əldə edəcək.