"Fənərbağça" bu gün "İstanbulspor"a qalib gəlsə, çempionluq yarışında "Qalatasaray"la xal fərqini 4-ə endirəcək. 

Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" çempion olacaqları təqdirdə, "Yuventus"un futbolçusunu transfer edəcəklər. Hazırda icarə əsasında "Çelsi"də çıxış edən Denis Zakarya İstanbul təmsilçisinin transfer siyahısındadır. 

Klub isveçrəli yarımmüdafiəçini birbaşa transfer etmək istəyir. Zakaryanın da "Fənərbağça"ya keçmək istədiyi bildirilir. 

"Fənərbağça" yaxın günlərdə danışıqlara başlayacaq.