"Fənərbağça"nın futbolçusu Altay Bayındırı heyətinə qatmaq istəyən klubların sayı artmaqdadır.
Offsideplus.az xəbər verir ki, əvvəlki günlərdə "Milan" və "Yuventus"un futbolçuya rəsmi təklif göndərdiyi iddia edilmiş, "sarı-lacivərtlilər"in hələ də bu məsələyə reaksiya vermədiyi bildirilmişdi.
23 yaşlı qapıçının transferi üçün bu dəfə də "İnter" qarşı tərəfə maraq məktubu göndərib. Bu barədə "Sabah" nəşri məlumat yayıb. Xəbərə görə, İtaliya nəhəngi məktubda Altayın transfer qiymətini də soruşub, lakin İstanbul təmsilçisi hələ ki, Milan təmsilçisinə cavab verməyib.
Mənbəyə görə, mümkün keçiddə Türkiyə millisinin üzvünün də baxışı önəmli olacaq. Gənc qapıçı böyük komandaya getmək üçün ayrılmaqda israr edərsə, rəhbərlik klublarla danışıqlar aparacaq.
Klub prezidenti Ali Koçun isə bu son dərəcə kritik bir ildə qapı kimi əhəmiyyətli bir mövqedə dəyişiklik etmək istəmədiyi vurğulanıb.
"İnter" isə 37 yaşlı Samin Handanoviçin yerinə gənc və dinamik qolkiperlə güclənmək istəyir.
Qeyd edək ki, 2019-cu ildən "Fənərbağça"da çıxış edən Altay cari mövsüm bütün turnirlərdə 40 oyuna çıxıb və 44 qol buraxıb.