Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

 Offsideplus.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" səfərdə "Kasımpaşa" ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. Matça ehtiyat oyunçular arasında başlayan Emreli, 39-cu dəqiqədə zədələnərək meydanı  tərk edən xorvatiaylı futbolçu Robert Muriçi əvəzləyib. Yığmammızın hücumçusu sonadək meydanda qalıb. 

Qeyd edək ki, bu nəticədən sonra "Konyaspor" (30 oyun) xallarını 42-yə yüksəldib və 8-ci pillədə yer alıb. "Kasımpaşa"( 30 matç) isə 33 xalla 12-cidir.

23 aprel 

Türkiyə, Super Liqa 

31-ci tur

14:30 "Kasımpaşa" - "Konyaspor" - 1:2 

Qollar: M.Fall, 13 - F.Salvo, 30. M.Diouf, 45+6