Türkiyə Super Liqasının 31-ci turunda keçiriləcək "Kasımpaşa" - "Konyaspor" oyunu üçün heyətlər açıqlanıb.

 Offsideplus.az xəbər verir ki, Konya təmsilçisində çıxış edən Mahir Emreli Bakı vaxt ilə saat 14:30-da başlayacaq matça ehtiyat oyunçular arasında başlayacaq.

Qeyd edək ki, qışdan icarə əsasında "Konyaspor"da çıxış edən Mahir 5 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb.