"Qalatasaray"ın hücum xətti üçün Roberto Firmino, Aleksis Sançes və Mussa Dembele ilə maraqlandığı bildirilmişdi.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom"un transfer siyahısında daha bir ulduz futbolçunun adı var. "A Spor"un yaydığı məlumata görə, Türkiyə təmsilçisi "Bavariya"nın formasını geyinən Sadio Maneni heyətinə cəlb etmək istəyir. Baş məşqçi Okan Buruk da seneqallı futbolçunun keçidinə razılıq verib.
"Bavariya" və Almaniyada problemlərlə qarşılaşan Manenin yayda Münhen təmsilçisindən ayrılacağı gözlənilir. "Qalatasaray" bu şansdan istifadə edərək, Sadionu transfer etməyə çalışacaq. Klub qarşıdakı günlərdə transferi bitirməyi planlaşdırır.
Qeyd edək ki, 31 yaşlı hücumçu cari mövsüm "Bavariya"da 33 matça çıxıb, 11 qol vurub, 5 assistə imza atıb.