“Ümraniyəspor” klubunun baş məşqçisi Recep Uçar vəzifəsindən istefa verib.
Offsideplus.az xəbər verir ki, istefaya komandanın uğursuz çıxışı səbəb olub. Bu mövsüm Super Liqada 28 matçda cəmi 5 qələbə qazanan komanda qalan görüşlərdə 8 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.
Qeyd edək ki, hazırda 23 xalı olan “Ümraniyəspor” 19 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.