Türkiyə Super Liqasının 29-cu turunda keçirilən "Fənərbağça" - "Ankaragücü" (2:1) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Jorje Jesus mətbuat konfransında klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

 Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis İstanbul təmsilçisinin prezidenti Ali Koçun vəzifəsində qalacağı təqdirdə? öz postunda işinə davam edəcəyini söyləyib.

"Qərarımı mövsüm bitdikdə, son gündə verirəm. Ali Koç klubda qalarsa, hadisələrin gedişatı mənim üçün fərqli olar. O, gedərsə, növbəti mövsüm mən də burda olmaram" - deyə, Jesus bildirib.

Qeyd edək ki, təcrübəli çalışdırıcının mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı xəbərlər yayılmışdı.