"Fənərbağça" klubu Türkiyə Superliqasının 29-cu turunun "Ankaragücü" ilə oyununa itkiylə çıxacaq.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisinin kapitanı Altay Bayındır bu matçda iştirak edə bilməyəcək.

O, belindəki şiddətli ağrılara görə "Ankaragücü" ilə matçda komandasının qapısını qorumayacaq.

Qeyd edək ki, qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.